“Türk dünyası bu gün dünənkindən daha çox gücə sahibdir”- ƏRDOĞAN

“Türk dünyası bu gün dünənkindən daha çox gücə sahibdir”.

Azpost.info xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Türk Dövlətləri Təşkilatının Səmərqənddə keçirilən sammitində çıxışı zamanı deyib.

Ərdoğanın sözlərinə görə, Türk Dövlətləri Təşkilatı özünü hörmətli və tanınan beynəlxalq struktur kimi təsdiqləyib.

“Ölkələrimiz idmandan mədəniyyətə, siyasətdən ticarətə qədər ən müxtəlif sahələrdə sıx inteqrasiya və əməkdaşlıq arzusunda birləşib. Türk Dövlətləri Təşkilatının platforması dövlətlərimizin birgə səylərinin bəhrəsidir”, – Türkiyə lideri qeyd edib.

Ərdoğan türk dövlətlərinin birgə səylərinin istənilən çağırış və maneələrin aradan qaldırılmasına imkan yaradacağına əminliyini ifadə edib.

Azpost.info

 

Əvvəlki məqalə

Prezident İlham Əliyev Qurbanqulu Berdiməhəmmədovla görüşüb

Sonrakı məqalə

Ukrayna ordusu Xerson şəhərinə daxil olub