Türk Hava Yolları 28 mayadək uçuşları ləğv edib

29 Aprel 2020 - 10:30

Türk Hava Yolları yeni növ koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar aviareyslərin təxirə salınması müddətini 28 maya qədər uzadıb.

Bu barədə THY-nin baş direktoru Bilal Ekşi sosial media hesabından yaydığı açıqlamada qeyd edib.

B.Ekşi yazıb ki, pandemiya ilə mübarizədə uğur qazanmaq üçün ölkədaxili və ölkəxarici uçuşların müddətini uzaqtmaq məcburiyyətində qalıblar.

Qeyd edək ki, THY-nin rəhbəri İlker Ayçı aviaşirkətin COVID-19-la mübarizə tədbirləri çərçivəsində əvvəlcə aprelin 17-dək, sonra isə mayın 1-dək uçuşların ləğv ediləcəyini bildirmişdi.