“Türk Hava Yolları” pulsuz uçuşlar təşkil edəcək- "Xalqımıza bütün gücümüzlə dəstək olacağıq”

“Türk Hava Yolları” aviaşirkəti xilasetmə qruplarını Kahramanmaraş vilayətinin cənub-şərqindəki fəlakət bölgəsinə operativ şəkildə çatdırmaq üçün əlavə uçuşlar hazırlayır.

Azpost.info xəbər verir ki, şirkətin mətbuat xidmətinin rəhbəri Yəhya Üstün bildirib ki, aviaşirkət hadisə yerinə gedən vətəndaşlar üçün pulsuz gediş-gəliş və ya biletlərin dəyişdirilməsi imkanını təmin edəcək.

O, həlak olanların ailələrinə başsağlığı verib, xəsarət alanların tezliklə sağalmasını arzulayıb.

“Türk Hava Yolları” öz xalqına bütün gücü ilə dəstək olacaq”, – Üstün əlavə edib.

Azpost.info

Əvvəlki məqalə

Suriyada baş verən zəlzələdə ölənlərin sayı 237-yə çatıb

Sonrakı məqalə

İlon Mask Türkiyəyə yardım təklif edib