“Türkiyə bu məsələdə Rusiya ilə eyni tərəfdədir”- ƏRDOĞAN

“Türkiyə “taxıl sazişi” ilə bağlı məsələdə Rusiya ilə eyni tərəfdədir”.

Azpsot.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bugünkü açıqlamasında deyib.

“Biz Rusiya ilə eyni tərəfdəyik. Rusiyanın Qara dənizdəki dəhlizlə tədarük edəcəyi taxılı un halına gətirəcəyik, bundan sonra bu un Afrikanın ən kasıb ölkələrinə və inkişaf etməkdə olan ölkələrə göndəriləcək”, – Ərdoğan bildirib.

Avqustun 2-də Rusiya və Türkiyə liderləri arasında telefon danışığı olub. Liderlər “taxıl sazişi” ilə də bağlı müzakirə aparıblar.

Azpsot.info

 

Əvvəlki məqalə

Ərdoğandan Putinin Türkiyəyə səfəri ilə bağlı

Sonrakı məqalə

Nigerin devrilmiş prezidenti Rusiyanı ittiham etdi