“İsveç və Finlandiya NATO-ya üzvlüklə bağlı Türkiyə ilə razılaşma yolunda əhəmiyyətli irəliləyiş əldə edib”.
Azpost.info xəbər verir ki, “Reuters” bunu İsveçin xarici işlər naziri Tobias Billströmə istinadən yazıb.
“Dünən İsveç, Finlandiya və Türkiyə arasında çox yaxşı ikitərəfli görüş keçirdik və mən bu görüşdən sonra hiss etdim ki, irəliləyiş var. Biz irəliləyirik”, – Billström NATO xarici işlər nazirlərinin Buxarest görüşünün ikinci günündə deyib.
Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu İsveç və Finlandiyanın NATO-ya üzv olmaq üçün müraciətlərinin Ankara tərəfindən təsdiqlənməsi istiqamətində irəliləyiş əldə etdiklərini, lakin hələ çox iş görməli olduqlarını bildirib.
Azpost.info