Ukrayna Rusiya tərəfinin iştirakı olmadan Qara dəniz sazişlərini yeniləmək təklifi ilə Türkiyəyə müraciət edib.
Azpost.info xəbər verir ki, bu barədə “RİA Novosti” öz mənbələrinə istinadən yazıb.
Türkiyənin hələlik bu məsələ ilə bağlı qərar vermədiyi bildirilir.
İndi Ankara BMT ilə Rusiyanın iştirakı olmadan “taxıl sazişi”nin bərpası imkanlarını araşdırır.
“Belə bir müraciət daxil olub. Bununla bağlı BMT-dən də müraciət gəlib. Onlarla koordinasiya var, lakin hazırda heç bir qərar verilməyib”, – mənbə qeyd edib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “taxıl sazişi”nə xitam verildiyini bildirib. Onun sözlərinə görə, Rusiya tərəfinin tələblərinin yerinə yetiriləcəyi təqdirdə Moskva razılaşmalara qayıtmaq imkanını nəzərdən keçirəcək.
Azpost.info