Türkiyə və ABŞ müdafiə nazirləri təhlükəsizlik məsələlərini müzakirə edib

Türkiyə milli müdafiə naziri Hulusi Akar amerikalı həmkarı Lloyd Ceyms Ostin ilə telefon danışığı aparıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, danışıq zamanı ikitərəfli və regional müdafiə məsələləri müzakirə edilib.

Bundan əlavə, iki ölkənin vacib müttəfiq olduğunu xatırladan nazir Akar, antiterror əməliyyatlarının Türkiyənin özünümüdafiə hüququ çərçivəsində aparıldığını bildirib.
Hulusi Akar hədəfin yalnız terrorçular olduğunu vurğulayıb.

Əvvəlki məqalə

“Sülhə mane olursunuz!” –

Sonrakı məqalə

Argentina və Polşa 1/8 finala yüksəlib –