Türkiyə və Rusiya Suriyanın şimalında təhlükəsiz zonanın genişləndirilməsini zəruri hesab etmir.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Prezidentinin Suriya məsələsi üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentiyev jurnalistlərə bildirib.
“Soçidə Rusiya və Türkiyə prezidentləri tərəfindən imzalanan memoranduma əsasən, təhlükəsiz zonanın ərazisi məlumdur. Təhlükəsiz zonasını indiki vəziyyətdə saxlamaq lazımdır. Onun genişləndirilməsi yaxşı heç nə gətirməyəcək”, – deyə A. Lavrentiyev vurğulayıb.
Xatırladaq ki, oktyabrın 29-da Rusiya və Rusiya prezidentləri arasında Suriyanın şimalında təhlükəsiz zonanın yaradılması haqda Soçi memorandumu imzalanıb.