Türkiyənin 21 vilayətində antiterror əməliyyatları keçirilib, 110 nəfər saxlanılıb.
Bu barədə “TRT Haber” məlumat yayıb.
Qeyd olunub ki, əməliyyatlar Diyarbəkir, Bursa, Siirt, Mardin, Qaziantep, İstanbul, Bingöl, Batman, İzmir, Mersin, Şanlıurfa, Van, Şırnak, Muş, Bitlis, Hakkari, Osmaniye, Sivas, Malatya, Ankara və Adıyamanda həyata keçirilib.
PKK-KCK terror təşkilatını maliyyələşdirən, gəncləri aldadaraq təşkilata cəlb edib onların iştirakı ilə müxtəlif terror əməllərinin təşkilini sifariş verən, Halkların Demokratik Partisi (HDP) bələdiyyələrindən bəzi şirkətlər vasitəsilə təşkilata pul köçürən şübhəli şəxslərin ünvanlarına baxış keçirilib.
Qeyd edək ki, hazırda əməliyyatlar davam etdirilir.