Türkiyədə dövlət və özəl sektorlarda çalışan və FETÖ-nün kodlaşdırılmış kriptoqrafik xəbərləşmə sistemi olan “Bylock”dan istifadə etməkdə şübhəli bilinən 260 nəfərin saxlanılması ilə bağlı əməliyyat keçirilib.
Əməliyyat nəticəsində şübhəli bilinən şəxslərdən 171-i saxlanılıb. Digər şəxslərin də saxlanılması istiqamətində əməliyyatlar davam edir(azərtac).