Türkiyədə genişmiqyaslı əməliyyat:

800-dən çox jandarm cəlb edildi
13 Yanvar 2020 - 13:55

Türkiyə jandarmeriyası ölkənin şərqindəki Hakkari vilayətində genişmiqyaslı xüsusi əməliyyat keçirib.

Trend-in məlumatına görə, əməliyyat PKK terror təşkilatının mənsublarına qarşı aparılıb Nəticədə PKK ilə əlaqələrdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

Əməliyyatda 800-dən çox jandarm iştirak edib.