Türkiyədə inflyasiya yavaşlayıb- Son 1,5 ildə ilk dəfə

Noyabr ayının yekunlarına görə, Türkiyədə inflyasiya oktyabrda olan 85,51 faizə qarşı 84,39 faiz təşkil edib. Bu, son 1,5 ildə ölkədə inflyasiyanın ilk azalmasıdır.

Azpost.info xəbər verir ki, bu barədə Ölkənin Milli Statistika İnstitutunun məlumat yayıb.

Noyabr ayının yekunu üzrə ölkədə istehlak qiymətlərinin artımı 2,8 faiz təşkil edib.

2022-ci ildə Türkiyədə son 20 ilin ən yüksək inflyasiyası qeydə alındı. İstehlak qiymətləri artımında kəskin sürətlənmə 2021-ci ilin dekabrında başladı.

Azpost.info

Əvvəlki məqalə

Gələn il pensiyalar artırılacaq –

Sonrakı məqalə

14 İran vətəndaşı Xankəndinə bu sənədlərlə keçib –