Türkiyədə son sutkada koronavirusdan 153 nəfər ölüb

13 Yanvar 2022 - 21:35

Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 153 nəfər ölüb.

Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca özünün “twitter” səhifəsində paylaşdığı məlumatda bu barədə bildirib.

Nazirin yeni növ koronavirusla bağlı yayımladığı bugünki cədvəldə COVID-19 infeksiyası ilə əlaqədar 410 min 116 nəfərin test edildiyi, 75 min 564 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 51 min 675 nəfərin isə bu xəstəlikdən sağaldığı göstərilib.