Türkiyənin Diyarbəkir bölgəsində güclü partlayış törədilib.
Ankara vaxtı ilə saat 05:10-da Mardin yolunda xüsusi təyinatlı polisləri daşıyan avtomobilin keçdiyi yerdə bomba partladılıb. Parlayış yol kənarında dayanan avtomobildə olub.
Yaralanmış 8 polis məmuru və bir mülki şəxs xəstəxanalara aparılıb. Onlar üçün həyati təhlükə yoxdur.
Partlayışa görə iki nəfər şübhəli qismində saxlanılıb.