Türkiyədə zəlzələ bölgəsindən 100 milyon ton dağıntı qalığı çıxarılacaq.
Azpost.info xəbər verir ki, bu barədə MAB Destroy İnşaat və Yıxım Xidmətləri şirkətinin rəhbəri Mehmet Ali Bulut bildirib.
“Bu yaxınlarda 61 min 722 binanın söküləcəyini nəzərə alsaq, ərazidə 89 milyon ton dağıntı olacaq. Artıq dağılmış binalarla birlikdə 100 milyon ton dağıntı çıxacaq. Bütün çökmüş və ağır zədələnmiş binalardan alınacaq polad dəmir qırıntıları 1 milyon 750 min ton olacaq. Dağıntılardan çıxarılacaq dəmir qırıntılarının təkrar emala töhfəsi 6 milyard 600 milyon lirəyə çatır. Bu dəyər iqtisadiyyata gətiriləcək. Ərazidən 660 stadionu dolduracaq qədər dağıntı qalıqları çıxarılacaq”, – Bulut qeyd edib.
Azpost.info