Türkiyə sənaye məhsullarının ixracında rekord vurub– Son 10 ayda 150 milyard dollar...

Bu ilin yanvar-oktyabr aylarında Türkiyə sənaye məhsullarının ixracının həcmi rekord həddə – 154,23 milyard dollara çatıb.

Azpost.info xəbər verir ki, bu barədə Türkiyə İxracatçılar Birliyindən məlumat verilib.

Məlumata görə, bu göstərici ötən ilin on ayı ərzində sənaye məhsullarının ixracının həcmindən 12,1 faiz çoxdur.

Ölkə üzrə sənayenin 16 sektorundan 11-də xaricə məhsul tədarükü üzrə rekord göstəricilər əldə edilib. Eyni zamanda Türkiyənin ümumi ixracatında sənaye məhsullarının payı 73,6 faizə çatıb.

2022-ci ilin yanvar-oktyabr aylarında Türkiyə sənayesinin müxtəlif sektorlarından məhsulların alışında liderlər Almaniya, İtaliya, Niderland, Böyük Britaniya, ABŞ və BƏƏ olub.

Azpost.info

Əvvəlki məqalə

Yanğında ölən 15 nəfərə görə deputat İxtiyar Mirzəyev saxlanılıb

Sonrakı məqalə

Regionda ailə dəyərləri təbliğ olunub