Türkiyə əhalisinin sayı 83 milyonu keçib

2019-cu ildə Türkiyə əhalisinin sayı 83 milyon 154 min 997 nəfər olub. Bu rəqəm öncəki il ilə müqayisədə 1 milyon 151 min 115 nəfər artıb.

Azərtac xəbər verir ki, bu barədə Türkiyənin Statistika Komitəsi məlumat yayıb.

Məlumata əsasən, ölkədə ən çox əhalisi olan şəhər İstanbuldur. Bu meqapolisdə yaşayanların sayı 2018-ci ilə nisbətən 451 min 543 nəfər artaraq 15 milyon 519 min 267 nəfər təşkil edib.

Statistik göstəricilərə görə, ölkədə əhalinin 50,2 faizini kişilər, 49,8 faizini isə qadınlar təşkil edir.

Ölkədə yaşayan xarici vətəndaşların sayı ötən ilə nisbətən 320 min 146 nəfər artaraq 1 milyon 531 min 180 nəfər olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Almaniyada Mirzə Xəzərin dəfn mərasimi keçirilir –

Sonrakı məqalə

Bakıda azyaşlı 6-cı mərtəbədən yıxılaraq ölüb