Türkiyə-Ermənistan sərhədi 30 ildən sonra açıldı –"Sərhəd daha bağlanmayacaq" /FOTO

Türkiyə-Ermənistan sərhədi 30 il sonra ilk dəfə açılıb.

Azpost.info “Sputnik Armenia”ya istinadən bildirir ki, Ermənistan Marqara-Alican postu ilə Türkiyəyə humanitar yardım göndərib.

Ermənistandan gələn humanitar yük dolu  5 TIR sərhəd qapısından keçib. Ermənistan Türkiyəyə 100 ton ərzaq, tibbi ləvazimatlar, su və zəruri əşyalar göndərib.

Türkiyə-Ermənistan danışıqları üzrə xüsusi nümayəndə Sərdar Kılıc Tvitterdə yardıma görə, xarici işlər nazirinin müavini Vahan Kostanyana və Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyana təşəkkür edib.
“Sağ olun, əziz Vahan Kostanyan, əziz Ruben Rubinyan, sizin sayənizdə bu mümkün oldu.  Ermənistan xalqının zəlzələdən zərər çəkmiş xalqımza yardımını unutmayacağam”-Kılıc yazıb.

Yayılan videokadrlarda görünür ki, sərhəd körpüsü təmir olunub. Çox guman ki, bu təmir quru sərhədinin açılmasının rəsmi mərasiminə hazırlıq çərçivəsində aparılıb. Zəlzələ bu prosesi sürətləndirib.

Türkoloq Nelli Minasyan bildirib ki, erməni-türk sərhədində 1993-cü ildən bağlı olan Marqara körpüsü bundan sonra bağlanmayacaq: “Sərhədlərin açılması danışıqların nəticəsində planlaşdırılıb. Hesab edirəm ki, quru sərhədlərinin açılması ilə bağlı hansısa proses gedir. Odur ki, belə xəbərləri gözləmək lazımdır”. 

Əvvəlki məqalə

Ceyhun Bayramov Kahramanmaraşda mətbuat konfransı keçirib

Sonrakı məqalə

Brazilyada İsa Məsihin heykəlini ildırım vurdu –