“Türkiyə ordusu ilin əvvəlindən 3585 terrorçunu zərərsizləşdirib”- Hulusi Akar

“Türkiyə ordusu bölgədə terror təhlükəsinin aradan qaldırılması üçün əməliyyatları davam etdirir”.

Azpost.info xəbər verir ki, bunu Türkiyənin Milli müdafiə naziri Hulusi Akar parlamentdə çıxışı zamanı deyib.

Akar qeyd edib ki, cinayət təşkilatlarının obyektlərinə hücumlar həm Türkiyə daxilində, həm də onun hüdudlarından kənarda həyata keçirilir.

Nazir Türkiyə Silahlı Qüvvələrinin son illərdə apardığı əməliyyatların statistik məlumatlarına istinad edib: “Bu il yanvarın 1-dən Türkiyə Silahlı Qüvvələri ölkə ərazisində, eləcə də Şimali İraq və Suriyada 3585 terrorçunu zərərsizləşdirib. Türkiyənin antiterror mübarizəsinin yeni mərhələsinin başladığı 2015-ci il iyulun 24-dən bu günə qədər olan dövr üçün isə bu rəqəm 36 854-dür”.

Azpost.info

Əvvəlki məqalə

Kabel telekanallarında DÇ-nin yayımı niyə dayanıb?

Sonrakı məqalə

Argentina Səudiyyə Ərəbistanına uduzdu –