Türkiyə Ukraynada tibbi dəhliz yaratmaq istəyir –Xəstələri və yaralıları çıxarmaq üçün

Türkiyə xəstələrin və yaralıların döyüş bölgələrindən çıxarılması üçün Ukraynada tibbi dəhliz təşkil etmək istəyir.

Azpost.info xəbər verir ki, bu təkliflə Türkiyənin səhiyyə naziri Fahrettin Koca çıxış edib.

Nazirin sözlərinə görə, Türkiyə təşkilati məsələləri öz üzərinə götürməyə hazırdır: “Rusiya-Ukrayna münaqişəsi zamanı Türkiyə regiona öz humanitar yardımını, ilk növbədə dərman və tibbi ləvazimatlar göndərib. İndi xəstələrin və yaralıların təxliyəsi üçün təhlükəsiz tibbi dəhliz yaratmaq lazımdır. Türkiyə hər şeyə hazırdır, təxliyə etmək və tibbi yardım göstərmək iqtidarındadır”. Türkiyəli nazir ÜST başda olmaqla beynəlxalq ictimaiyyəti bu təklifə dəstək verməyə çağırıb.

Azpost.info

Əvvəlki məqalə

“Putin milyonlarla insanı acından qırır, dünya aciz qalıb” –

Sonrakı məqalə

Sabahdan Həcc ziyarəti üçün sənəd qəbuluna başlanılır –