Türkiyədə Zəlzələ Cinayətləri üzrə İstintaq İdarələri yaradılacaq

Türkiyədə zəlzələdən zərər çəkmiş vilayətlərdə Zəlzələ Cinayətləri üzrə İstintaq İdarələri yaradılacaq.

Türkiyənin Ədliyyə Nazirliyi Kahramanmaraşda zəlzələdən zərər çəkmiş vilayətlərin prokurorluqlarına Zəlzələ Cinayətləri üzrə İstintaq İdarələrinin yaradılması üçün məktub göndərib.

Bildirilib ki, Zəlzələ Cinayətləri üzrə İstintaq İdarələri dağılan binalara görə məsuliyyət daşıyan şəxslərin müəyyən edilməsi və dəlillərin yox edilməməsinə qarşı mübarizə tədbirləri həyata keçirəcək.

Əvvəlki məqalə

Ceyhun Bayramov zəlzələdən dağılmış əraziyə gedib – FOTO

Sonrakı məqalə

“Qara qızıl”dan “Yaşıl enerji”yə –