Türkiyədəki zəlzələdə çökən daha bir binanın sahibi saxlanıldı- FOTO

Türkiyənin Qaziantep şəhərində zəlzələ nəticəsində uçan “Ayşe-Mehmet Polat” yaşayış kompleksinin inşasından məsul olan Mehmet Ertan Akay İstanbulda saxlanılıb.

Azpost.info xəbər verir ki, Akay haqqında həbs qərarı Qaziantep prokurorluğu tərəfindən verilib.

İstanbul Polis İdarəsinin əməkdaşları Akayı Ataşehir rayonunda saxlayıblar. Şübhəli şəxs, barəsində cinayət işinin açıldığı Qaziantepə göndəriləcək.

Qeyd edək ki, Türkiyənin cənub-şərqində baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 21 minə yaxınlaşıb.

Azpost.info

Əvvəlki məqalə

“Azərbaycana nə qədər təşəkkür etsək azdır”

Sonrakı məqalə

Türkiyədə universitetlər yaya qədər onlayn təhsilə keçdi