Türkiyədəki zəlzələdə ölənlərin sayı 18 342-yə çatdı- 74 242 yaralı var

Türkiyədəki dəhşətli zəlzələdə ölənlərin sayı 18 342-yə, yaralıların sayı 74 242-yə çatıb.

Azpost.info xəbər verir ki, AFAD-dan verilən açıqlamaya görə, zəlzələdən zərər çəkmiş əyalətlərdən 75 780 fəlakət qurbanı təxliyə edilib.

Bölgədə yerli və beynəlxalq qrupların 30 306 axtarış-xilasetmə personalı xidmət göstərir. Digər ölkələrdən gələn axtarış-xilasetmə personalının sayının 6 min 810 olduğu deyilir.

Türkiyə Ailə və Sosial Xidmətlər Nazirliyi və Qızıl Aypara tərəfindən zəlzələdən ağır zərər çəkən 10 şəhərdə 97 min 973 ailəyə yaşayış çadırının quraşdırılması tamamlanıb.

Zəlzələ bölgəsində 57 316, zəlzələ bölgəsi xaricində 7015, ümumilikdə 64 331 nəfərə psixososial dəstək göstərilib.

Azpost.info

Əvvəlki məqalə

Moskvada 200 min nəfərlik mitinq-konsert təşkil olunacaq

Sonrakı məqalə

Sülhməramlıların daha iki avtomobili Laçın yolundan keçib