Türkiyədəki zəlzələdə ölənlərin sayı 284-ə çatdı- Vitse-prezident son rəqəmləri AÇIQLADI

Türkiyənin vitse-prezident Fuat Oktay Qəhrəmanmaraş bölgəsində baş verən 7,4 bal gücündə zəlzələnin qurbanları ilə bağlı son rəqəmləri açıqlayıb.

Azpost.info xəbər verir ki, Oktay 284 nəfərin həyatını itirdiyini, 2323 nəfərin isə yaralandığını deyib.

“Zəlzələ 10 şəhərimizə təsir edib. İlk andan bütün nazirlərimizlə AFAD-da toplanmağa başladıq, lazımi tapşırıqları verdik. Prezidentimiz ilk andan prosesi izləyir və idarə edir. Komandalarımız iş başındadır. Maraşda 70 vətəndaşımızı itirdik. Bu rəqəmlərin artacağını gözləyirik. Maraşda 200 yaralı var, 300 bina dağılıb. Hatayda 4 ölü, 7 yaralı və 200 dağıntı var. Osmaniyedə 20 itkin düşmüş, 200 yaralı və 83 dağılmış bina var. Adıyamanda 13 itkin, 22 yaralı var, 100 bina dağılıb. Diyarbəkirdə 14 ölü var. Urfada 18 itkin, 200 yaralı, 60 dağılmış bina var. Antepdə 80 ölü və 581 dağılmış bina var. Kilisdə 8 ölü, 50 dağıntı var. Adanada 10 ölü, 118 yaralı, Malatyada 47 ölü, 550 yaralı və 300 dağılmış bina var. Ümumilikdə 284 itki, 2323 yaralı və 1710 dağılmış bina var”, – Oktay qeyd edib.

Azpost.info

Əvvəlki məqalə

İlon Mask Türkiyəyə yardım təklif edib

Sonrakı məqalə

Azərbaycan Türkiyənin zəlzələ bölgəsinə yardım göndərəcək