Türkiyənin İsraildəki səfiri bu şəxs oldu- FOTO

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin İsrailə səfirinin təyin edilməsi haqqında sərəncam imzalayıb.

Azpost.info xəbər verir ki, sənəddə Şakir Özkan Torunların Türkiyənin İsraildəki səfiri təyin edildiyi bildirilir.

Şakir Özkan Torunlar Türkiyə Xarici Siyasət Məsləhət Şurasının üzvüdür. O, 2010-2014-cü illərdə Qüds Baş Konsulluğunda və Fələstinin Türkiyədəki səfiri vəzifələrində çalışıb.

Ərdoğanın İsrailə səfər etməyi planlaşdırdığı da bildirilir. Səfərin vaxtı hələ dəqiqləşdirilməyib.

Türkiyə-İsrail münasibətləri 2010-cu ildə İsrail ordusunun Türkiyə limanından çıxan “Mavi Mərmərə” gəmisini ələ keçirməsindən sonra pisləşib. Gəmi blokadada olan Qəzza limanına doğru gedirdi. Təftiş qrupu ilə gəminin sərnişinləri arasında baş verən münaqişə zamanı 9 sərnişin həlak olmuşdu.

Bu il avqustun 17-də Türkiyə və İsrail diplomatik münasibətləri ən yüksək səviyyəyə qaldırmaq və qarşılıqlı səfir təyin etmək qərarına gəliblər.

Azpost.info

Əvvəlki məqalə

Birinci vitse-prezident Konstitusiya Günü münasibətilə paylaşım edib

Sonrakı məqalə

Azərbaycanda 9 minə yaxın əcnəbi tələbə təhsil alır