“Türkiyənin narahatlığına hörmətlə yanaşırıq, lakin…”- Rusiyadan Suriya AÇIQLAMASI

“Rusiya bütün tərəfləri Suriyada sabitliyi pozmaqdan çəkinməyə çağırır”.

Azpost.info xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

“Biz Türkiyənin təhlükəsizliklə bağlı narahatlıqlarına hörmətlə yanaşırıq. Lakin bütün tərəfləri sabitliyi pozan addımlardan çəkinməyə çağırırıq”, – Peskov deyib.

Onun sözlərinə görə, Rusiya və Türkiyənin Suriyadakı vəziyyətə yanaşmalarında müəyyən nüanslar var. Lakin iki ölkənin dostluq münasibətləri fikir ayrılıqlarını müzakirə etməyə imkan verir.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünənki açıqlamasında bildirmişdi ki, Rusiya 2019-cu il Soçi razılaşmasına uyğun olaraq, kürd birləşmələrinin respublika sərhədindən çıxarılması ilə bağlı verdiyi vədləri yerinə yetirməkdən imtina etdiyi üçün Ankara Suriya və İraqda hava əməliyyatına başlayıb. Onun sözlərinə görə, Ankara dəfələrlə xəbərdarlıq etsə də, Moskva üzərinə düşən vəzifəni yerinə yetirməkdən imtina edir.

Ərdoğan onu qeyd edib ki, Türkiyə terrora qarşı susmaq niyyətində deyil və lazımi tədbirləri görəcək.

Azpost.info

 

Əvvəlki məqalə

“Boynunda kölə zənciri ilə İrana gətirəcəyik”

Sonrakı məqalə

2023-cü il dövlət büdcəsinin layihəsinə dəyişiklik edilib