Türkiyənin yeni hökuməti iyunda işə başlayacaq- Köhnə nazirlərdən kimlər qalacaq?

Türkiyənin yeni hökuməti iyunun 5-dən gec olmayaraq işə başlayacaq.

Azpost.info xəbər verir ki, mayın 14-də keçirilən prezident seçkilərinin birinci turundan sonra AKP yeni hökumət üçün namizədlərin seçiminə başlayıb.

Köhnə kabinetdən xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu, müdafiə naziri Hulusi Akar, Ekologiya və şəhərsalma naziri Murat Kurum, Əmək və Sosial Müdafiə naziri Vedat Bilginin vəzifələrində qalacağı deyilir.

Mayın 14-də prezident seçkiləri ilə eyni vaxtda keçirilən parlament seçkilərinin nəticələrinə görə, Türkiyə hökumətinin 16 üzvü yeni çağırış parlamentə seçilib. Onların böyük əksəriyyəti deputat kimi fəaliyyətini davam etdirəcək.

YSK mayın 28-nə təyin edilmiş prezident seçkilərinin ikinci turunun nəticələrini təsdiqlədikdən sonra nazirlərin təyinatı proseduruna başlanacaq. Bu, iyunun 1-də baş verəcək. Üç gün ərzində yeni prezident and içməli və təyinatlar etməlidir.

Azpost.info

Əvvəlki məqalə

Krımda partlayışdan sonra qatarların hərəkəti dayandırılıb

Sonrakı məqalə

UEFA Avropa Liqası: