Turqut Özala sui-qəsdin GÖRÜNTÜLƏRİ –1988-ci ildə Baş nazirə kim atəş açıb? VİDEO/FOTO

 İnternetdə Türkiyənin sabiq prezidenti Turqut Özala sui-qəsdlə bağlı videokadrlar yayımlanıb.

Azpost.info bildirir ki, 34 il əvvəl -1988-ci ilin iyun ayında o zaman Baş nazir olan Turqut Özal Ana Vətən Partiyasının (ANAP) toplantısında çıxış edərkən atəşə tutulub.

Ona güllə atan isə tətikçi Kartal Demirağ olub. 1958-ci ildə Afyonşehirdə doğulan Demirağ gənclik illərində Milliyətçi Hərəkat Partiyasının (MHP) lideri Alparslan Türkeş tərəfindən qurulan və MHP-li gənclərə döyüş təlimləri verən komando düşərgələrində iştirak edib.

Demriağ Türkiyənin populyar 32-cü Gün” proqramına açıqlamasında türk kəşfiyyatı MİT-lə əlaqəsi olduğunu iddia edib.

Bu sui-qəsdlə bağlı illər əvvəl “TürkTime”a müsahibə verən Dəmirağ maraqlı məqamları açıqlayıb. O bildirib ki, həmin toplantıda Özala atəş açarkən tək olmayıb.

“Özalı öldürmək əmrini kim vermişdi?” sualına cavabında Dəmirağ “bunu desəm qiyamət qopar” cavabını vermişdi.

“Həmin gün tək olmusunuz?” sualını isə belə cavablandırıb: “Xeyr. Konqres zalında tək deyildim. Amma sirri açsam qiyamət qopar. Sirr pərdəsi qalxsa nə sən sağ qalacaqsan, nə mən. Bu sirri ailəmə belə deməmişəm. Bu sirri yalnız arif olanlar anlayar. Mənim bu sirrimi anlamağa kimsənin ağlı çatmaz. Heç mən özüm də bunu tam başa düşmürəm”.

Həmin qısa müsahibəsində Demirağ Özala sui-qəsddən peşman olduğunu bildirib. “İndiki ağlım olsaydı Özala sui-qəsd planının yanından belə keçməzdim. Çox dəyərli bir insana ziyan vurdum. Özal vəfat edərkən çox kədərləndim və ağladım”-deyə Demirağ vurğulayıb.

Kartal Demirağ 27 yanvar 1989-cu ildə 20 il həbs cəzasına məhkum edilib. Həmin ilin 31 oktyabrında Özal Türkiyə prezidenti seçilir. 1992-ci il aprelin 16-da Kartal Demirağ prezident Özal tərəfindən əfv edilir.

Bu süi-qəsdi araşdıran müstəntiq Uğur Tönük Demriağın kontrgerilla ilə bağlı olduğunu subut etsə də istintaq dayandırılıb.

1996-cı ilin noyabrında biznesmen Yaman Törünərə qarşı 50 min dollarlıq şantaj ittihamı ilə 1 il həbs cəzası alıb. Demirağ hazırda saxta sənədlər hazırlama ittihamı ilə Sinop həbsxanasında cəza çəkir.

Azpost.info

Əvvəlki məqalə

Prezident İlham Əliyev Brüsselə səfərə gedib

Sonrakı məqalə

Azərbaycanda son sutkada 4 nəfər COVID-19-a yoluxub