“Tvitter”siz də keçinərəm, şəbəkə ABŞ-ın nəzarətinə keçib”- MEDVEDEV

“Tvitter”  ABŞ Dövlət Departamentinin və ukraynalıların nəzarətinə keçib”.

Azpost.info xəbər verir ki, Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev son paylaşımının bu platformada bloklanmasını “Telegram” kanalında belə şərh edib.

“Tvitter” Dövlət Departamentinin və ukraynalıların nəzərətinə keçib. Bir vaxtlar ABŞ-ın keçmiş prezidenti Donald Trampa da eyni şeyi etmişdi. Təəssüf ki, Elon bu vəzifənin öhdəsindən gələ bilmədi”, – Medvedev yazıb.

O bildirib ki, ABŞ isteblişmentinin maraqlarına uyğun fəaliyyət göstərən “Tvitter”siz də keçinə bilər.

Medvedevin sözlərinə görə, indi Rusiyanın əsas vəzifəsi bütün düşmənlərə, o cümlədən ABŞ, NATO-ya sarsıdıcı məğlubiyyət yaşatmaqdır.

Azpost.info

 

Əvvəlki məqalə

“Türkiyə olmadan Qafqazda hansısa proses baş verə bilməz” –

Sonrakı məqalə

Rusiya orduda xidmət müddətini artırmaq istəyir