“Uçan boşqablar” gerçəkdirmi? UNO varmı? –Alimlər sirli obyektin təsvirlərini əldə edib

 Son vaxtlar UNO – “uçan boşqablar” barədə səsləndirilən fərziyyələr və alimlərin, həmçinin kosmik tədqiqat mərkəzlərinin qeydləri, eləcə də irəli sürülən ehtimallar yenidən gündəmə gəlib.

Azpost.info bildirir ki, bir müddət öncə, sentyabr ayının ortaları, eləcə də noyabrın əvvəllərində kosmosu müasir texnologiyalar vasitəsilə müşahidə edən zaman qeydə alınan, həm də sürətlə hərəkət edən çox sayda UNO ekipajının “Süd Yolu”-nun sərhədlərinin yaxınlığında aşkarlanması tədqiqatçıları bununla bağlı indiyədək məxfi saxlanılan sənədləri yenidən araşdırmağa sövq edir.

Nüfuzlu elm və təhsil müəssisəsi kimi ölkə miqyasında, həm də xaricdə tanınan Kolorado Universitetinin alimlərinin rəhbərlik etdiyi astrofiziklərin böyük bir qrupu, tədqiqatçıların həmişə “Uçan Naməlum Obyekt” adlandırdıqları bir neçə bu cür sirli obyektin təsvirlərini əldə ediblər. Ancaq mütəxəssislər hələlik tədqiqat aparacaqlarını, eləcə də belə bir mövzunun ətrafında tələsmədən, tam elmi məntiqə söykənən mübahisəsiz qərar verməklə, faktlar əsasında rəylərini söyləyəcəklərini bildiriblər.

Tədqiqatçılar qeyd ediblər ki, hal-hazırda isə onlar çox sayda insanların da mövcudluğuna iddia  edib inandıqları yadplanetli gəmisi və ya naməlum uçan obyektlərdən danışmırlar.

Fakt budur ki, artıq bu anlayış söz oyunu ilə obyektlərin adına sızıb. İngilis dilində tanış olan “UFO” abbreviaturası, sadəcə, naməlum uçan obyekt kimi səslənir və bu gün də yeni tədqiqatların bir hissəsi kimi çəkilən obyektlərin oxşar abbreviaturası var – “UFO”, yaxud da dünya alimlərinin Ultra-qırmızı adlandırdıqları “Flattened Objects”.

Rus elmi birmənalı olmasa da litosferdən atmosfer qatına keçid edən mayenin yer kürəsinə yaxın məsafədə tamamilə, həm də şüurlu dəyişikliyə uğrayıb bərk halda gəmiyə çevrilməsinin ağlabatan olmadığı qənaətindədir. Rusiyanın bir çox alimləri və astronavtları uçan naməlum obyektin yad planetdən gəlməsini, şüurlu varlıqlar tərəfindən idarə edilməsi barədə ehtimal nəzəriyyəsini inkar edirlər.

Lakin ruslardan daha da fərqli və əhatəli düşünən, “yoxdur” prinsipi ilə işləyib əsaslı elmi araşdırmalara üstünlük verən Qərbin “UFO” mütəxəssisləri bu mövzuda fərqli baxışları ilə seçilən elm adamlarının əksəriyyətini cəlb etməklə müzakirələrin davam etdirilməsinin tərəfdarıdır. Alimlər belə müzakirələrin müasir dünya elminə ancaq fayda verə biləcəyini söyləyirlər.

“UNO qalaktikaları” nəyə bənzəyir? 

“The Astrophysical Journal” nəşrində isə bu mövzuda yeni tədqiqat məqaləsi dərc olunub.

Məqalədə deyilir:

“İnfraqırmızı olan və yadplanetli gəmilər adlandırdıqları qeyri-adi böyük, eləcə də qırmızı rəngli naməlum tərkibli həmin bu materiallar əslində qalaktikalar sinfinin törəmələridir.”

Məqalənin əsas müəllifi  olan alim Castus Gibson yazır ki, bu, infraqırmızı çox vaxt bəzi qəribə qalaktikalara yaxın mövqeyə gəlib güclənir və yenidən işıq salır. Alim Gibson həmçinin qeyd edir ki, bütün elm adamlarına məlum olduğu kimi ilk dəfə “UFO” abbreviaturası altında görsənmiş bu qalaktikaların təsvirləri “James Webb” Kosmik Teleskopu vasitəsilə əldə olunub. Tədqiqatçılar hətta bu cür qalaktikaların əvvəllər necə gözdən qaçdığını, “Hubble” Kosmik Teleskopu tərəfindən “qaçırıldığı” faktına da çox təəccüblənmişdilər. Çünki qırmızı işıqlar birdən gizləndiyi kimi, belə qəfildən üzə çıxmağı da bacarır. “Bu sirli fenomenin həmçinin yeganə bir izahı da qeyri-adi qalaktikaların çox cüzi şəkildə işıq yaymasıdır. Lakin bu qalaktikaları qabaqcıl, həm də texnoloji avadanlıq daşıyan “James Webb” kosmik teleskopu qeydə ala bilib. Bu görüntülər elm aləmində yenilik kimi qəbul olunub.

“Qeyri-adi qalaktikaların ilk təhlili, eləcə də kompüter modelləşdirilməsi göstərdi ki, “UNO qalaktikaları” həm ölçü, həm də forma baxımından tamamilə bizə məlum olan “Süd Yolu” qonşumuza bənzəyir və onlar “Süd Yolu” ilə müqayisədə daha çox tozludur. Bu isə o anlama gəlir ki, onların tərkibində ulduzlar və eləcə də planetlər üçün qalaktikamızdan daha gərəkli, hər hansı bir formaya düşə bilən çoxlu tikinti materialı var. Teleskop bizə əvvəllər görə bilmədiyimiz qalaktikaları görmək imkanı yaratdı, artıq bəzi elmi müşahidələrimiz var. Ümid edirəm ki, yaxın gələcəkdə biz naməlum obyektlərin idarə olunduğunu, yoxsa idarəsiz vəziyyətdə, işıq saça-saça kainatda dolaşdıqlarını öyrənə biləcəyik. Bütün bunlar həm də indiyədək kainatı düşündüyümüz kimi dərk etmədiyimizi göstərir” -söyləyən Gibson elm aləmində böyük nəticələrin əldə olunacağına ümid etdiyini bildirib.

Alim həmçinin qeyd edir ki, qalaktikalardan gələn və parlaq işığın əksəriyyəti infraqırmızı şüalanmadır. Elə bu səbəbdən də onlar yalnız obyektivdə görünən işığı aşkar edə bilən “Hubble” Teleskopu üçün çox görünməz sahələrdə idilər, lakin “Webb” teleskopu çevik işlədi və bizə çox sirli görünən infraqırmızı işığı tutmağa qadir olduğunu sübut etməklə, onların uçan yadplanetli gəmilər olması versiyasını yenidən şübhə altına qoydu.

Ufoloqlar bundan əvvəl, may  ayının 21-i ABŞ Hərbi Dəniz Qüvvələrinin təqaüddə olan kontr-admiralı Tim Qalaudetin bəzi media mənsublarına verdiyi açıqlamaya da diqqət çəkiblər. Kontr-admiral geniş təfərrüatlarla varmayacağını söyləməklə, yadplanetlilərin varlığına şübhə etmədən inandığını bəyan etmişdi. O qeyd edib ki, Pentaqon kosmik canlıların mövcudluğu barədə məlumatları gizlətmək üçün uzun illərdir ki, əlindən gələni edir və həmçinin də Amerika Birləşmiş Ştatlarının müdafiə departamentinin hərəkətlərini hər zaman sabotaj etmək üçün Pentaqon tərəfindən mərhələli iş aparılır.

Xatırladaq ki, təqdim edilən statistikaya görə, 2024-cü il ərzində “UNO”-ların sayı çoxalıb. Bu il ərzində 10 naməlum obyekt kadra düşüb. Bir yadplanetli gəmisini isə Kanadada, Quron gölü yaxınlığında, ABŞ təyyarəsi vurub. Naməlum uçan obyektin yerə düşdüyü və hadisə yerində gəminin qalıqlarının tapıldığı bildirilsə də, gəmidə olduğu güman edilən yadplanetli varlığın sağ və yaxud ölü olduğu məlum olmayıb. Lakin bir müddət öncə Amerika Birləşmiş Ştatlarının cənubunda uçan və alimlərin “üzən beyin” adlandırdıqları naməlum bir obyektin yeni görüntüsü lentə alınandan sonra yenidən yadplanetlilərin haqqında mübahisə və müzakirələr qızışıb.

“Üzən beyin” ilə bağlı tədqiqatlar hələ də davam edir.

Oqtay Qorçu

Azpost.info

Əvvəlki məqalə

Azərbaycandakı tolerantlıq mühiti bizim milli irsimizdir

Sonrakı məqalə

Sabah hava necə olacaq?