“Üçtərəfli Bəyanat” imzalanan gecə parlament sədrini döyən şəxs saxlanılıb

 Ermənistan parlamentinin sədrini öldürmək istəyən şəxs saxlanılıb. 

Azpost.info bildirir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilir ki, 10 noyabr 2020-ci ildə 44 günlük müharibənin sona çatmasını bəyan edən Üçtərəfli Bəyanatın imzalanmasına etiraz edən kütlə parlamentə hucum edib. Kütləvi iğtişaş zamanı parlamentin sədri Ararat Mirzoyana sui-qəsd cəhdi baş verib.

Saxlanılan şəxs həmin gün baş verən iğtişaşlarda iştirak edib. O, kütlənin qarşısına çıxan Mirzoyana qarşı digərləri ilə birgə zorakılıq törədib. Həmin şəxs adamların cərgəsini yararaq artıq yerə sərilmiş parlament sədrinə yaxınlaşıb və digər şəxslərlə birlikdə ölsürmək üçün təpikləməyə başlayıb. Nəticədə çoxsylı xəsarətlər alan Mirzoyan huşunu itirib. Bundan sonra parlament sədri təcili xəstəxanaya aparılıb.

T.A.-ya qaşrı cinayət işi açılıb və iki aylıq həbs qərarı çıxarılıb.

 

Əvvəlki məqalə

Putin Ukraynada müharibəni davam etdirmək niyyətindədir –

Sonrakı məqalə

“Putin daha bir milyon nəfəri  səfərbər etməyə hazırlaşır”