UEFA Konfrans Liqasının V turuna yekun vuruludu –NƏTİCƏLƏR

UEFA Konfrans Liqasının qrup mərhələsində V tura yekun vurulub.

Bununla da səkkizdəbir finala vəsiqə qazanan daha iki komandanın adı məlum olub.

A qrupunda İsraildə “Makkabi Tel-Əviv” klubuna qalib gələn Avstriyanın LASK komandası və D qrupunda Çexiyada “Yablonets”lə heç-heçə edən Niderlandın “AZ Alkmar” kollektivi vaxtından əvvəl növbəti mərhələyə yüksəlib.

Azərbaycan təmsilçisi “Qarabağ” klubu doğma meydanda Kiprin “Omoniya” komandasıni qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda başlayan görüşün birinci hissəsinin 43-cü dəqiqəsində qonaq komanda onbirmetrlik cərimə zərbəsindən hesabı açıb. Kipr təmsilçisinin heyətində Mixal Dyuriş fərqlənib. Qarşılaşmanın 49-cu dəqiqəsində “Omoniya”nın futbolçusu Paris Pslatis topu səhvən öz qapısına göndərərək hesabı bərabərləşdirib. Oyunun 88-ci dəqiqəsində Ağdam təmsilçisinin futbolçusu Patrik Andrade fərqlənsə də qonaq komanda 90-cı dəqiqədə yenidən hesaba tarazlıq gətirib. Beləliklə, “Qarabağ” – “Omoniya” matçında qalib müəyyənləşməyib – 2:2.

Qrupun digər matçında isə İsveçrənin “Bazel” klubu səfərdə “Kayrat”ı 3:2 hesabı ilə məğlub edib.

Hazırda “Bazel” klubu 11 xalla birinci pillədə qərarlaşıb. Onunla eyni xala malik olan “Qarabağ” ikincidir. 3 xalı olan “Omoniya” üçüncü, 1 xalı olan “Kayrat” isə qrupda sonuncu pillədə qərarlaşıb.

Bu qrupdan pley-off mərhələsinə birbaşa vəsiqə qazanan komandanın adı sonuncu turda bilinəcək. Dekabrın 9-da baş tutacaq son turda “Bazel” – “Qarabağ” və “Omoniya” – “Kayrat” komandaları üz-üzə gələcək.

C qrupunda isə matçlarını qələbə ilə başa vuran İtaliyanın “Roma” və Norveçin “Budye Qlimt” komandaları ən azı pley-offa vəsiqəni təmin ediblər.

İngiltərənin “Tottemhem” klubu səfərdə Sloveniyanın “Muro” komandasına məğlub olub – 2:1. Beləliklə, London təmsilçisinin növbəti mərhələyə çıxıb-çıxmamağı sonuncu turda bəlli olacaq. Bu qrupun digər görüşündə vaxtında əvvəl pley-off mərhələsinə vəsiqə qazanan Fransanın “Renn” klubu öz meydanında Niderlandın “Vitess” komandası ilə heç-heçə edib – 3:3.

Günün bütün görüşlərində aşağıdakı hesablar qeydə alınıb:

A qrupu

HİK (Finlandiya) – “Alaşkert” (Ermənistan) – 1:0;

“Makkabi” (Təl-Əviv, İsrail) – LASK (Avstriya) – 0:1.

Qrupdakı vəziyyət: LASK – 13, “Makkabi” – 10, HİK – 6, “Alaşkert” – 0.

B qrupu

“Flora” (Estoniya) – “Partizan” (Serbiya) – 1:0;

“Anortosis” (Kipr) – “Gent” (Belçika) – 1:0.

Qrupdakı vəziyyət: “Gent” – 10, “Partizan” – 7, “Flora” – 5, “Anortosis” – 5.

C qrupu

“Roma” (İtaliya) – “Zarya” (Luqansk, Ukrayna) – 4:0;

“Budyo Qlimt” (Norveç) – “MOİK-Sofiya” (Bolqarıstan) – 2:0.

Qrupdakı vəziyyət: “Budyo Qlimt” – 11, “Roma” – 10, “Zarya” – 6, “MOİK-Sofiya” – 1.

D qrupu

“Randers” (Danimarka) – ÇFR (Kluj, Rumıniya) – 2:1;

“Yablonets” (Çexiya) – AZ (Niderland) – 1:1.

Qrupdakı vəziyyət: “AZ Alkmar” – 11, “Randers” – 7, “Yablonets” – 6, ÇFR – 1.

E qrupu

“Slaviya” (Praqa, Çexiya) – “Feyenoord” (Niderland) – 2:2;

“Makkabi” (Hayfa, İsrail) – “Union Berlin” (Almaniya) – 0:1.

Qrupdakı vəziyyət: “Feyenoord” – 11, “Slaviya” – 7, “Union Berlin” – 6, “Makkabi” – 4.

F qrupu

“Linkoln” (Cəbəllütariq) – “Kopenhagen” (Danimarka) – 0:4;

“Slovan” (Bratislava, Slovakiya) – PAOK (Yunanıstan) – 0:0.

Qrupdakı vəziyyət: “Kopenhagen” – 12, “Slovan” – 8, PAOK – 8, “Linkoln” – 0.

G qrupu

“Mura” (Sloveniya) – “Tottenhem” (İngiltərə) – 2:1;

“Renn” (Fransa) – “Vitess” (Niderland) – 3:3.

Qrupdakı vəziyyət: “Renn” – 11, “Tottenhem” – 7, “Vitess” – 7, “Mura” – 3.

H qrupu

“Kayrat” (Qazaxıstan) – “Bazel” (İsveçrə) – 2:3

“Qarabağ” (AZƏRBAYCAN) – “Omoniya” (Kipr) – 2:2

Qrupdakı vəziyyət: “Bazel” – 11, “Qarabağ” – 11, “Omoniya” – 3, “Kayrat” – 1.

Qeyd edək ki, UEFA Konfrans Liqasında qrup liderləri birbaşa səkkizdəbir finala yüksələcəklər. İkinci yeri tutan komandalar isə UEFA Avropa Liqasında qrupları üçüncü sırada başa vuran kollektivlərlə pley-off matçları oynayacaqlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi –

Sonrakı məqalə

Misirdə fironların addımladığı qədim prospektin açılışı olub –