UEFA “Qarabağ”la oyunda qaldırılan şüara görə “Marsel”i cərimələyib

UEFA Fransanın “Marsel” Futbol Klubunu 44 250 dollar cərimələyib.

APA-nın xəbərinə görə, buna səbəb “Qarabağ”la oyunda baş vermiş insidentdir.

UEFA-nın qərarında göstərilir ki, təxribatçı və siyasi şüarlara görə, komanda 20 000 dollar cərimə olunur. Qərarda azarkeşlərin “Qarabağ Ermənistandır” yazılmış şüarı stadiona keçirməsi göstərilir.

Bundan əlavə komanda tamaşaçıların hərəkətinin düzgün təşkil olunmaması və azarkeşlərin partlayıcılardan istifadəsinə görə də əlavə olaraq 24 250 dollar cərimə ödəməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Rusiya 8 martda Ukraynada “sükut rejimi” elan edib

Sonrakı məqalə

“Ukraynada əməliyyatda çağırışçı əsgərlər iştirak etmir” –