“Ukrayna bəzi ərazilərdən imtina etməklə Rusiya ilə münaqişədən qaça bilərdi”.
Azpost.info bildirir ki, bu sözləri ABŞ-ın keçmiş prezidenti Donald Tramp NBC telekanalına müsahibəsində deyib.
“Kiyev hakimiyyəti ərazilərin bir hissəsini verməyə razılaşsaydı, Rusiya ilə münaqişənin kəskinləşməsindən qaça bilərdi”-deyə sabiq prezident Tramp vurğulayıb.
“Onlar Rusiyanın özünə birləşdirdiyi ərazidən daha az miqyasda ərazilərin itirilməsi hesabına sazişə nail ola bilərdilər. Gəlin düzünü danışaq, Rusiya bu əraziləri özünə birləşdirib. Belə sazişə nail olmaq olardı, heç kim də ölməzdi”-deyə Tramp bildirib.
Keçmiş prezidentin fikrincə, belə bir razılaşma Kiyev hakimiyyətinə ölkəni qorumağa imkan verərdi.
Bundan əvvəl Tramp dəfələrlə bəyan edib ki, ABŞ-ın hazırkı prezidenti Co Bayden Ukrayna ilə bağlı siyasəti ilə bəşəriyyəti üçüncü dünya müharibəsinə sövq edə bilər.
Azpost.info