Ukrayna əsgərləri Britaniyada təlim keçir

Onlarla ukraynalı hərbçi Böyük Britaniyada təlim keçir. Təlim zamanı onlar Britaniya zirehli transportyorlarından istifadə qaydalarını öyrənirlər.

Azpost.info xəbər verir ki, bu barədə “The Guardian” nəşri məlumat yayıb. Baş nazir Boris Conson deyib ki, Polşada ukraynalılara hava hücumundan müdafiə avadanlıqlarından, Britaniyada isə zirehli texnikadan istifadəni öyrədirlər. Britaniya Müdafiə Nazirliyindəki mənbələrə görə, təlimlər bir neçə həftə çəkir və əsasən ukraynalıların mövcud idarəetmə sistemləri ilə tanış olması üçün həyata keçirilir.

Azpost.info

Əvvəlki məqalə

Neft qiymətləri ucuzlaşıb

Sonrakı məqalə

Milli Məclisdə TÜRKPA-nın iclası keçirilir