Ukrayna ABŞ-la təhlükəsizlik təminatlarını müzakirə edib –ZELENSKİ

“Ukrayna təhlükəsizlik zəmanəti ilə bağlı təkliflərini bəzi ölkələrə göndərib”.

Azpost.info bildirir ki, bu sözləri Ukrayna prezidenti Vladimir Zelenski Fox News-a müsahibəsində deyib.

“Mən qarant durmağa hazır olduqlarını bəyan edən ölkələrlə sənədlərin ilkin variantlarını mübadilə etdiyimiz ölkələri xatırlatdım”-deyə prezident vurğulayıb

Onun sözlərinə görə, zəmanət məsələsi ABŞ prezidenti Co Baydenlə müzakirə olunub. Zelenski vurğulayıb ki, aparıcı dövlətlərdən, NATO üzvü olan və ya olmayan dövlətlərdən təhlükəsizlik zəmanəti lazımdır. O, ABŞ, Böyük Britaniya, Fransa, Almaniya və Türkiyənin adını çəkib.
“ABŞ-ın bu təklifləri nəzərdən keçirdiyinə dair siqnallar alırıq”, – deyə Zelenski bildirib.

Onun sözləri ingilis dilinə tərcümə edilib.

Əvvəlki məqalə

Tiflisdə banka silahlı basqın olub

Sonrakı məqalə

Şanlı Aprel döyüşlərindən altı il ötür