Ukrayna Almaniyanın vəd etdiyi tankların 90 faizini almayıb- “Welt”

Almaniya kansleri Olaf Şoltsun yazda vəd etdiyi 2,4 milyard avroluq paketdən Ukraynaya demək olar ki, heç bir silah göndərilməyib.

Azpost.info xəbər verir ki, “Welt” bunu hökumətin saytında tədarüklərin siyahısına istinadən yazıb.

Şolts yeni tranşı mayın 14-də Ukrayna prezidenti Vladimir Zelenskinin Berlinə səfəri zamanı açıqlayıb. Ən qısa zamanda silahların çatdırılacağı vəd edilib, lakin bu günə qədər Ukrayna çox az silah-sursat alıb. Baxmayaraq ki, Ukrayna prezidenti Vladimir Zelenskinin Almaniyaya səfərindən əks-hücum üçün Kiyevin təcili ehtiyac duyduğu silahlar siyahıya alınmışdı.

Həmçinin, Ukrayna 4 IRIS-T raketdən müdafiə sistemini hələ almayıb. May ayından bəri 20 “Marder” zirehli texnikasından biri də göndərilməyib. Artilleriya sursatları ilə bağlı vəziyyət oxşardır.

Azpost.info

Əvvəlki məqalə

Füzuli şəhərinə qayıdış başlayır

Sonrakı məqalə

“İzahat tələb edirik!”