Ukrayna Baxmut istiqamətində əks-hücuma keçib- Rusiya Müdafiə Nazirliyi təsdiqlədi

Ukrayna Ali Baş Komandanın qərargahında prezident Vladimir Zelenskinin iştirakı ilə keçirilən iclasda cəbhədəki vəziyyət müzakirə olunub.

Azpost.info xəbər verir ki, Zelenski bu barədə “Teleqram”da məlumat verib.

İclasda Şərq Qrupunun komandanı Aleksandr Sırski və Tavriya qoşunlarının əməliyyat-strateji qrupunun komandiri Aleksandr Tarnavski cəbhə xəttindəki vəziyyətlə bağlı məruzə ediblər.

“Qoşunları əlavə səylə düşməni dayandıran və hətta onu bəzi istiqamətlərə geri atan general Sırskinin hesabatını dinlədik. Biz onların prioritet ehtiyaclarını müəyyənləşdirdik və yeni briqadalar üçün texnika və sursatların alınması tempi ilə tanış olduq”, – Zelenski yazıb.

İclas iştirakçıları Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnının, müdafiə naziri Aleksey Reznikovun, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahının, strateji sənaye naziri Aleksandr Kamışinin də məruzələrini dinləyiblər.

Rusiya Müdafiə Nazirliyi Baxmut taktiki istiqamətində bütün təmas xəttində Ukrayna Silahlı Qüvvələrinin hücum əməliyyatı həyata keçirdiyini təsdiqləyib.

“Bu ərazidə təmas xəttinin uzunluğu 95 kilometrdən çoxdur. Ukrayna Silahlı Qüvvələrinin taktiki istiqamətində hücuma mindən çox hərbçi, o cümlədən 40-a qədər tank cəlb edilib. Ümumilikdə, Ukrayna 26 hücum təşkil edib, onların hamısı dəf edilib”, – nazirlik bildirib.

Azpost.info

Əvvəlki məqalə

Çinin Ukrayna böhranı üzrə xüsusi nümayəndəsi Putinlə görüşəcəkmi?

Sonrakı məqalə

İrandan Azərbaycanla sərhədi pozmaq cəhdi olub, xəbərdarlıq atəşi açılıb