“Daha bir qeyri-dost hərəkəti…”- Ukrayna Belarusdakı səfirini geri çağıracaq

Kiyev Belarusdakı səfiri İqor Kizimi məsləhətləşmələr üçün geri çağıracaq.

Azpost.info xəbər verir ki, bu qərar Belarus prezidenti Aleksandr Lukaşenko ilə “DXR” rəhbəri vəzifəsini icra edən Denis Puşilin arasında keçirilən görüşdən sonra qəbul edilib.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyi məlumat yayıb. Kiyev sözügedən görüşü pisləyib və bunu Minskin “daha bir açıq-aşkar qeyri-dost hərəkəti” adlandırıb.

“Bununla əlaqədar Ukrayna Xarici İşlər Nazirliyi Belarusdakı səfir İqor Kizimi məsləhətləşmələr üçün çağırmaq qərarına gəlib”, – məlumatda deyilir.

Lukaşenko ilə Puşilin arasında görüş aprelin 18-də Minskdə baş tutub. Belarus prezidenti Puşilinə regionun bərpasına köməklik təklif edib.

Azpost.info

 

Əvvəlki məqalə

Bədii gimnastika üzrə Avropa çempionatı:

Sonrakı məqalə

Əvvəl Rokfellerin, sonra Abramoviçin olan malikanə rekord qiymətə satılıb