Ukrayna bir gecədə Rusiyanın 6 “Kinjal” raketini vurub

Ukrayna Hərbi Hava Qüvvələri mayın 16-na keçən gecə Rusiyanın 6 hipersəsli “Kinjal” raketini vurub.

Azpost.info xəbər verir ki, ümumilikdə Rusiya ölkə boyu 18 raket atıb.

“Atışlar yerli vaxtla təxminən saat 3:30-da şimal, cənub və şərq istiqamətlərindən həyata keçirilib”, – Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Valeri Zalujnı bildirib.

Onun sözlərinə görə, Ukrayna 6 “Kinjal” hipersəsli raketi, 9 “Kalibr” qanadlı raketi və üç S-400 və “İskəndər-M” ballistik raketləri ilə hücuma məruz qalıb.

Zalujnı bütün hədəflərin məhv edildiyini bildirib.

Qeyd edək ki, Rusiya “Kinjal” raketlərinin qarşısıalınmaz olduğunu bəyan etmişdi.

Azpost.info

Əvvəlki məqalə

Rusiyada səfərbərlikdən sonra rekord sayda tələbə aspiranturaya daxil olub

Sonrakı məqalə

Rusiyada məmurların vəzifədən getməsinə qadağa qoyulub?