“Ukrayna da Azərbaycan kimi ərazi suverenliyini təmin etməyi arzulayır” –YUŞŞENKO

Bura gələndə 30 il ərzində becərilməmiş torpaqlar, bağlar, insanların yaşadığı bir ev belə görməyəndə kədərlənirsən”.
Bunu APA-ya müsahibəsində Şuşada səfərdə olan Ukraynanın sabiq Prezidenti Viktor Yuşşenko bildirib.
V. Yuşşenko deyib ki, bu torpaqlara artıq bayram gəldiyini də görür: “Bir neçə il sonra burada uşaqlar olacaq, bağlar salınacaq. Ona görə də mən bütün Azərbaycan xalqını bu gözəl bayram münasibəti ilə təbrik edirəm. Azərbaycan kimi bütün ərazisində suverenliyini təmin etməyi bir sıra ölkələr arzulayır. O cümlədən Ukrayna da Azərbaycan kimi bütün ərazisində suverenliyini təmin etməyi arzulayır. Ona görə də sabah bizim küçələrdə, Ukraynada da bayram olacaq”.
Qeyd edək ki, 8 Noyabr – Zəfər Günüdür. VIII Qlobal Bakı Forumu çərçivəsində Azərbaycanda səfərdə olan V. Yuşşenko da Zəfər Günü ilə bağlı keçirilən tədbirlərdə iştirak edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Şuşaya necə dırmandı igidlərimiz – deyimmi?” –

Sonrakı məqalə

Prezident İlham Əliyev Şuşada VIII Qlobal Bakı Forumunun iştirakçıları ilə görüşüb