Ukrayna Donetskin Marinka şəhərini geri qaytarıb

“Ukrayna qoşunları ölkənin şərqində bu vaxtadək Rusiya hücumlarının qarşısını ala bilib və bəzi yerlərdə uğurlu əks-hücum əməliyyatları həyata keçirib”.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş qərargahının məlumatında bildirilib.

Qeyd olunub ki, Rusiya qüvvələri Xarkovda Ukrayna bölmələrinə və zəruri infrastruktura hücum edib. Vurğulanıb ki, cənubda – İzyum şəhərində Rusiya qüvvələrinin hücumu, ağır itkilər verməsi səbəbindən uğursuzluqla nəticələnib.

Əlavə olunub ki, ukraynalılar Donetsk regionunun Marinka şəhərini əks-hücum əməliyyatı nəticəsində geri qaytara biliblər.

Baş qərargahın məlumatında o da vurğulanıb ki, Rusiya öz qoşunlarının Ukraynada yerləşdirilməsi məqsədi ilə Belarusdan çıxarılmasını davam etdirir.

Bildirilib ki, Belarusdan qalxan Rusiya aviasiyası Ukraynadakı hədəflərə zərbələri davam etdirib.

Əvvəlki məqalə

Sülhməramlılar Qarabağda ermənilərə məxsus artilleriya mövqeyini tərksilah edib

Sonrakı məqalə

Pele yenidən xəstəxanaya yerləşdirilib