Ukrayna hərbçiləri Estoniya Baş nazirinə mərmidən hazırlanmış qədəh hədiyyə ediblər- FOTO

Ukrayna hərbçiləri Estoniya Baş naziri Kaya Kallasa artilleriya mərmisindən hazırlanmış qədəh hədiyyə ediblər.

Azpost.info xəbər verir ki, bu barədə Kallas öz “Facebook” hesabında məlumat verib.

“24-cü briqadanın Ukrayna əsgərləri minnətdarlıq əlaməti olaraq mənə 120 mm-lik artilleriya mərmisindən hazırlanmış qədəh göndərdilər”, – Kallas yazıb.

O əlavə edib ki, hədiyyəni ona sentyabrın 1-də Kiyevdən Tallinə qayıdan Estoniya parlamentinin xarici işlər üzrə komissiyasının sədri Marko Mixelson gətirib.

Azpost.info

Əvvəlki məqalə

Qabon hərbi çevrilişdən sonra sərhədləri açıb

Sonrakı məqalə

Bu gün Bakının 554 küçəsi yuyulub