“Ukrayna hərbi planlarında dəyişikliklər edib”- CNN səbəbi AÇIQLADI

“Gözlənilən yaz əks-hücumuna dair Pentaqonun məxfi sənədləri sızdırıldıqdan sonra Ukrayna hərbi planlarında dəyişikliklər edib”.

Azpost.info xəbər verir ki, bu barədə CNN Ukrayna prezidenti Vladimir Zelenskiyə yaxın mənbəyə istinadən yazıb.

Ukrayna Prezidentinin Ofisi məlumat sızmasını “fotoşop” adlandırmışdı.

ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin brifinqləri üçün materiallar olan “sızdırılmış” sənədlərdə əks-hücumun konkret məqsədləri və mümkün zərbənin istiqaməti barədə məlumatlar, həmçinin hərbi əməliyyatların başlama tarixləri yox idi.

İnternetdə dərc olunan sənədlərdə münaqişənin martın 1-nə olan vəziyyəti təsvir edilib, əks-hücumda istifadə edilməsi planlaşdırılan Ukrayna hərbi birləşmələri sadalanıb, onların hazırlığı və lazım olan texnika haqqında məlumat verilib.

Ən dəyərli məlumat Ukrayna Silahlı Qüvvələrinin hər birində 4 mindən 5 minə qədər əsgərdən ibarət altı briqadanın NATO ölkələrində təlim keçməsi haqqında məlumat idi. Onların təlimlərinin aprelin 30-da başa çatacağı gözlənilir.

Sənədlərdə həmçinin bildirilirdi ki, hücum üçün yaradılan briqadalara 250-dən çox tank və 350-yə yaxın mexanikləşdirilmiş maşın lazımdır. Bundan başqa, sənədlərdə Ukrayna ordusunun vəziyyətinin qiymətləndirilməsi, o cümlədən hava hücumundan müdafiə sursatlarının kəskin çatışmazlığı və Baxmutun müdafiəsində uğur haqqında məlumatlar var.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan və Qazaxıstan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

Sonrakı məqalə

Prezident Azər Paşa Nemətovun vəfatı ilə bağlı nekroloq imzalayıb