“Ukrayna ilə danışıqlar asan keçmir”-PESKOV

Rusiya və Ukrayna arasında danışıqlar asan keçmir. Amma əsas odur ki, onlar davam etsin”.

Azpost.info bildirir ki, bu sözləri Rusiya prezidenti Putinin mətbuat katibi Dmitri Peskov “Belarus 1” telekanalına müsahibəsində deyib.

“Əsas odur ki, ukraynalılar ilə fikirlərimizin üst-üstə düşəcək yeri tapmaqdır. Əsas odur ki, danışıqlar davam etsin: İstər İstanbulda, istər başqa yerdə,..Əsas məsələ davam etməsidir. Çünki son nəticədə hamı istəyir hərbi  əməliyyat mümkün qədər tez məqsədinə çatsın və dayansın. Bu isə sülh danışıqları vasitəsilə mümkündür. Danışıqlar da asan  getmir”, – Peskov Belarus 1 telekanalına müsahibəsində deyib.

Peskovun sözlərinə görə, Rusiya Kiyevlə danışıqları Belarusda davam etdirmək istərdi, lakin Ukrayna tərəfi bunu istəmir.

Kremlin sözçüsü deyib ki, xüsusi əməliyyatı zamanı Ukraynanın hərbi potensialı böyük ölçüdə məhv edilib.

“Demilitarizasiya tam sürətlə gedir və xüsusi əməliyyat zamanı hərbi potensial və infrastruktur böyük ölçüdə məhv edilib”.

Əvvəlki məqalə

Azərbaycan güləşçisi ikiqat Avropa çempionu olub

Sonrakı məqalə

“Rusiya Kiyevin təklif etdiyi sülh sazişini qəbul edib” –