Ukrayna ilə bağlı beynəlxalq konfrans keçiriləcək –40 ölkə dəvət olunub

Ukraynanın yenidən qurulmasına dair yüksək səviyyəli beynəlxalq konfrans təşkil olunacaq. Konfransa 40 ölkə və 17 beynəlxalq təşkilat dəvət olunub.

Azpost.info xəbər verir ki, bunu İsveçrə prezidenti İqnazio Kassis bildirib. “Ukraynanın İsveçrə ilə birgə təşkil etdiyi konfrans bu il iyulun əvvəlində İsveçrənin Luqano şəhərində keçiriləcək”, – Kassis deyib.

“Müharibə bitəndə və silahlar susanda bütün səylərimiz Ukraynanın bərpasına yönəlməlidir. Bərpaya aparan yol geniş siyasi və diplomatik prosesdən keçəcək. Bu çətin yolu bütün maraqlı tərəflərlə müzakirə etmək üçün Luqano konfransı bir fürsətdir”, – İsveçrə lideri bildirib.

Xatırladaq ki, Ukraynanın bərpası ilə bağlı konfrans iyulun 4-5-də Luqanoda keçiriləcək. Ukraynanın baş naziri Denis Şmıqal və İsveçrə prezidenti bununla bağlı razılığa gəliblər.

Azpost.info

Əvvəlki məqalə

“Rusiyanın hava zərbəsi zamanı 87 nəfər həlak olub” –

Sonrakı məqalə

Abel Məhərrəmovun keçmiş gəlini səfir oğlundan 46 min tələb edir