“Ukrayna ilə növbəti danışıqlar üçün Belarus uyğun məkandır” –PUTİN

“Ukrayna ilə dialoq bir çox halda Aleksandr Lukaşenkonun sayəsində mümkün olub”.

Bunu Rusiya Prezidenti Vladimir Putin belaruslu həmkarı Aleksandr Lukaşenko ilə danışıqlarının yekunları ilə bağlı birgə mətbuat konfransında bildirib. O, Lukaşenkonu Ukraynada aparılan müharibənin gedişatı və Kiyevlə aparılan danışıqlar barədə məlumatlandırdığını da vurğulayıb.

Putin deyib ki, Rusiya-Ukrayna danışıqları çərçivəsində növbəti təmaslar üçün Belarus uyğun məkandır.

 

Əvvəlki məqalə

COVID-19 infeksiyasına 36 yeni yoluxma qeydə alınıb

Sonrakı məqalə

“Qərbin Rusiyaya qarşı blitskriqi baş tutmadı” –