“Ukrayna ilk dəfə Rusiyanın neft infrastrukturuna hücum edib”- “Financial Times”

Novorossiyskdəki hərbi dəniz bazasına iki dəniz dronunun hücumu (Qara dənizdə desant gəmisi və tankeri zədələmişdi) Ukraynanın Rusiyanın neft infrastrukturunu vurmaq üçün ilk cəhdi olub.

Azpost.info xəbər verir ki, “Financial Times”ın mənbələrinə görə, Moskva zərərin miqyasını keçildir.

Nəşr yazır ki, bu zərbə Vaşinqtonu narahat edə bilər. Çünki Novorossiysk Rusiyanın əsas Qara dəniz neft limanıdır və gündə təxminən 600 min barel ixrac edir: “ABŞ Ukrayna ordusunun Qərb silahlarından istifadə etmədiyi təqdirdə Rusiya ərazisinə zərbə endirməsinə etiraz etmir. Bununla belə, neft ixracı infrastrukturuna hücum Ağ Evdə və digər Qərb paytaxtlarında narahatlıq yarada bilər. ABŞ dünya bazarında qiymət artımını dayandırmaq və qlobal iqtisadiyyatda itkilərin qarşısını almaq üçün Rusiya neftini bazarda saxlamaq üçün səy göstərdi. Co Bayden administrasiyası gələn il keçiriləcək prezident seçkiləri ərəfəsində yanacağın sabit qiymətlərini saxlamaq istəyir”.

Azpost.info

Əvvəlki məqalə

Yataqxanası olan peşə məktəbləri

Sonrakı məqalə

“Ağ Ev Rusiya neftinin tədarükünü azalda biləcək heç bir addımı alqışlamır”