Ukrayna İstanbul danışıqlarındakı təklifləri imzalamaqdan imtina edib –LAVROV

“ABŞ və Böyük Britaniya sülh danışıqlarını uzatmaq üçün Ukraynaya təzyiq edir”.

Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Birinci Kanalın efirində deyib.

“Nə ABŞ, nə də Böyük Britaniya Zelenskiyə danışıqları sürətləndirməyi məsləhət görmürlər. Onlar mövqelərini sərtləşdirməyi tövsiyə edirlər”, – deyə Lavrov bildirib.

Nazirin sözlərinə görə, Ukrayna İstanbul danışıqlarında təklif olunanları imzalamaqdan imtina edib.

Onun sözlərinə görə, bu, danışıqlar prosesində ən böyük geriyə addımdır.

Əvvəlki məqalə

Lavrov Ukraynadakı münaqişənin necə bitəcəyindən danışıb

Sonrakı məqalə

Motosikilet sürücüsünü döyən “Lexsus” sahibi danışdı –