Ukrayna Koreya kimi iki yerə parçalana bilər –"El Pais"

Ukraynadakı müharibə ölkənin parçalanmasına səbəb ola bilər.

Azpost.info bildirir ki, bu barədə nufuzlu “El Pais” qəzetinin köşə yazarı Kristian Sequra səsləndirib.

Onun sözlərinə görə, bu fikir “soyuq müharibənin kabusu” haqqında danışılan siyasi debatlarda getdikcə daha aydın görünür.

Koreya ssenarisinin mümkünlüyü bu il daha real cizgilər alıb.

“Kiyev münaqişənin Koreya yarımadasında olduğu kimi ölkənin parçalanmasına gətirib çıxara biləcəyindən qorxur”, – Sequra vurğulayıb.

Pxenyan və Seul arasında münasibətlər 1953-cü ildən bəri gərgin olaraq qalır. Koreya müharibəsi atəşkəsin imzalanması ilə başa çatsa da heç bir sülh razılaşması əldə olunmayıb. Demilitarizasiya zonası 38-ci paralel boyunca uzanır.

Azpost.info

Əvvəlki məqalə

Baydenin iti Ağ Evdə 11 mühafizəçini dişləyib

Sonrakı məqalə

Polis 30 il əvvəl adam öldürən qadını həbs etdi –